Şahin Seyidzadə seçicilərlə görüşdü - FOTOLAR
Kateqoriya məlum deyil
50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI çağırış deputatı Şahin Seyidzadə bu gün Qobustan Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Sfera.az xəbər verir ki, Qobustan rayonunda keçirilən səyyar vətəndaş qəbulunda 20-dən çox seçici iştirak edib.
Qobustan Heydər Əliyev Mərkəzində keçirilən qəbulda iştirak edən Qobustan şəhəri, Bədəlli, Nabur və Sündü kənd sakinləri tərəfindən kommunal xidmətlər, infrastruktur, məşğulluq, hüquq, torpaq, əmlak, sosial təminat və sağlamlıq məsələləri ətrafında müraciətlər səsləndirilib.
Məsələlər təfərrüfatlı araşdırılaraq növbəti addımların atılması üçün müvafiq qeydlər aparılıb.






