“Yasak elma”da alovlanan eşq evliliklə taclanır: Nəsrin Cavadzadə ailə qurur - FOTO
Kateqoriya məlum deyil
"Yasak elma” serialında tanış
olan azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə və aktyor Gökhan Alkan cütlüyü nikah
masasına oturacaq.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, bir müddətdir eşq yaşayan cütlüyün pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılan kimi toy edəcəyi iddia olunur.
Ailə qurmaq və övlad sahibi olmaq istədiyini bildirən Nəsrin, sevgilisini ötən aylarda ailəsi ilə də tanış edib.
Hətta bu tanışlıqdan sonra Gökhan Alkan, aktrisanın anasını şəxsi "Instagram” hesabında da izləməyə başlayıb.
Jalə Mehdi
Sfera.az






