Logo

Prezident və birinci xanım Yasamalda yeni parkın açılışında - FOTOLAR

Prezident və birinci xanım Yasamalda yeni parkın açılışında - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında da iştirak ediblər.

Sfera.az  xəbər verir ki, dövlət başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarılıb.

Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR