Logo

Ermənilərin Ağdamda törətdikləri vəhşiliklər “National Geographic”də - FOTOLAR

Ermənilərin Ağdamda törətdikləri vəhşiliklər “National Geographic”də - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"National Geographic” "Instagram” səhifəsində Ağdam şəhərində ermənilərin törətdikləri dağıntıları əks etdirən fotolar paylaşıb

"National Geographic” özünün "Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində ermənilərin törətdikləri dağıntıları əks etdirən fotolar paylaşıb.

Sfera.az  xəbər verir ki, "National Geographic”in paylaşımında bir vaxtlar 40 min əhalinin yaşadığı, bu yaxınlarda azad edilmiş Ağdam şəhərinin təxminən 30 il Ermənistanın işğalı altında qalması nəticəsində dağıntılar içində olduğu bildirilir. Qeyd edilir ki, 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ağdam işğal olunduqdan sonra şəhərdə məsciddən başqa bütün tikililər dağıdılıb. Uzun sürən münaqişə bir milyondan çox insanın köçkün düşməsinə səbəb olub.

Paylaşımda diqqətə çatdırılır ki, ötən ilin sentyabr ayında başlayan hərbi əməliyyatlar 44 gün davam etdi və Rusiyanın vasitəçiliyi ilə əldə olunan sülh razılaşması ilə başa çatdı. Azərbaycan 1990-cı illərdə itirdiyi ərazilərin böyük hissəsini geri qaytardı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR