Logo

62 yaşlı müğənni efirdə hönkür-hönkür ağladı: “Anam məni buz kimi su ilə çimizdirirdi”

62 yaşlı müğənni efirdə hönkür-hönkür ağladı: “Anam məni buz kimi su ilə çimizdirirdi”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Uşaqlıqda ögey anamdan şiddət gördüm. Anam qış ayında məni buz kimi su ilə çimizdirərdi”.

Sfera.az xəbər verir ki, bu sözləri məşhur türk müğənnisi Çingiz Kurtoğlu Uçan Kuş TV-də yayımlanan "Lerzanla Çok Mutlu” proqramında qonaq olarkən söyləyib.

Sənətçi, uşaq vaxtı ögey anasının ona yaşatdığı acı xatirələri danışarkən, göz yaşlarına hakim ola bilməyib.

"Doğma anam evi tərk edib gedəndə mənim 4 yaşım olardı. Atam isə bizə baxmaq üçün, başqa bir qadınla evləndi. Elə ən çətin günlərim də o vaxtdan başladı. Ögey anam mənə yaxşı baxmırdı, həmişə döyərdi. Ən adi bir söz onun aqresiyasına səbəb olurdu” - deyə, Ç.Kurtoğlu bildirib.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR