Logo

Tarkanla məşhur reper arasında QALMAQAL: "Ya klipi sil, ya da..." – VİDEO

Tarkanla məşhur reper arasında QALMAQAL: "Ya klipi sil, ya da..." – VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Meqastar Tarkanla məşhur reper Murda arasında qalmaqal yaşanıb.

Sfera.az xəbər verir ki, "O Ses Türkiye rep”in münsiflər heyətində olan Murda "Napıyon Lan” adlı mahnısına çəkilən kliplə bağlı yaranan problemdən danışıb. Həmin klipin bir hissəsində repçinin görüntüsünə Tarkanın üzü qoyulub.

Murda mövzuyla bağlı verdiyi açıqlamada təhdid edildiyini söyləyib.

"Yeddi ay öncə Hollandiyada bir şirkətlə sözügedən klipin çəkilməsi üçün işbirliyimiz oldu. Həmin klipdə də fotoşopla Tarkanın simasından istifadə edildi. Bir müddət sonra mənə zəng gəldi ki, ya klipi siləcəksən, ya da səni məhkəməyə verəcəyik. Ancaq hələ ki, Tarkan və onun komandası bu mövzuda bir addım atmayıb”, - deyə reper qeyd edib.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR