Pakistanın hərbi nümayəndələri Şəhidlər xiyabanında - FOTO
Kateqoriya məlum deyil
Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı, aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildiriblər ki, Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla anıb.






