Logo

Bakı-Qazax yolunda 6 avtomobil qəzaya düşdü: yaralılar var

Bakı-Qazax yolunda 6 avtomobil qəzaya düşdü: yaralılar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Kürdəmir rayonunda zəncirvari qəza baş verib.

Sfera.az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə yük və minik avtomobili, ümumilikdə 6 maşın bir-birinə çırpılaraq qəzaya düşüb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, yaralılar var.

İlkin məlumata görə, qəzaya yollarda yaranmış buz səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Fotolar Amil Hacıyevə məxsusdur:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR