Logo

“Rəmiş öldü, ya qaldı kimə nə?” – Xalq artisti od püskürdü

“Rəmiş öldü, ya qaldı kimə nə?” – Xalq artisti od püskürdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Son zamanlar sosial şəbəkələrdə Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətinin pisləşdiyi, hətta onunkoronavirusa yoluxduğu barədə məlumat yayılıb.

Sfera.az xəbər verir ki, bununla bağlı sənətçi və həyat yoldaşı Gülü xanım video müraciət yayıb.

Videoda Gülü xanım belə məlumatlar yayanlara od püskürüb:

"Rəmişin adından özünüzə reytinq yığmayın. Onun sənətindən danışın. Rəmiş öldü, ya qaldı kimə nə? Şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarından danışın. Bu cür yalan məlumatları niyə yayırsınız?”

Rəmiş özü də haqqında yayılan yalan xəbərlərdən pis olduğunu bildirib:

"Hər kəsə cansağlığı arzulayıram. Çox xahiş edirəm sizlərdən, olmayan bir şey haqqında yazmayın. Mən bu cür informasiyaları eşidəndə daha da narahat oluram. Allah bütün xəstələrə şəfa versin”, - deyə Xalq artisti bildirib.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR