Logo

Nahid Bağırov həmrəylik günü şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR

Nahid Bağırov həmrəylik günü şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsmayıllıda rayon rəhbərliyi Vətən Müharibəsi şəhidlərinin ailələrini və qaziləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü evlərində ziyarət edib.

Sfera.az xəbər verir ki, görüşdə RİH-nin başçısı Nahid bağırov, başçının müavinləri, icra hakimiyyətinin əməkdaşları və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi iştirak edib.

Həmçinin ailələrə bayram sovqatları çatdırılıb, ailələrin azyaşlı üzvlərinə bayram hədiyyələri verilib. İnternetə çıxışı olmayanların məktəbli övladlarının təhsillərini daha səmərəli davam etdirmələri üçün "Azercell Telekom” MMC ilə birgə əməkdaşlıq çərçivəsində onlara sürətli internetlə təchiz olunmuş Mi-Fi modem təqdim olunub.

Bundan başqa görüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ehtiram göstərilib, dövlətimizin onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıdan danışılıb.

Nahid bağırov qeyd edib ki, şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar:

"Onların xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz, ən əsası vəzifəmizdir. Eyni zamanda Vətən Müharibəsində sağlığını itirmiş qazilərimiz də hər zaman diqqətimizdə olacaqdır".

Şəhid ailələrinin üzvləri və qazilər arzu və təkliflərini bildirməklə yanaşı onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edib, rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürlərini bildiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR