Azərbaycanda polis polkovniki koronavirusdan vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
Xocalı rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Eldar Bağırov koronavirusdan vəfat edib.
Sfera.az xəbər verir ki, o, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Eldar Bağırov bu ilin iyul ayında təqaüdə çıxmışdı.
Qeyd edək ki, mərhum Eldar Bağırov Göygöl Rayon Polis Şöbəsində də əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
(baku.ws)






