Koronavirus peyvəndi Çindən Türkiyəyə gətirildi - FOTO
Kateqoriya məlum deyil
Türkiyənin Çindən aldığı "Sinovac” koronavirus peyvəndini daşıyan konteynerlər Ankaraya gətirilib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk Hava Yollarına məxsus "Boeing 777” tipli təyyarə səhər saatlarında Esenboğa Hava Limanına eniş edib.
İlk mərhələdə 3 milyon doza gətirilən vaksin 14 gün ərzində testdən keçiriləcək.






