Logo

Koronavirusla bağlı xəbərlər yazan jurnalistə 4 il həbs cəzası verildi - FOTO

Koronavirusla bağlı xəbərlər yazan jurnalistə 4 il həbs cəzası verildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Çində COVID-19 virusu haqqında məlumatlar yayan jurnalist həbs edilib.

Sfera.az xəbər verir ki, bu barədə "South China Morning Post” məlumat yayıb.

Şanxayda yaşayan Canq Can getdiyi Vuhanda şahidi olduqlarını "Twitter", "YouTube" və digər sosial media platformalarında canlı şəkildə yayımladığına görə, 4 il həbs cəzasına məhkum edilib.

37 yaşlı jurnalist xalqı provokasiyaya səsləməkdə günahkar bilinib.

Vəkili jurnalistin may ayında saxlanıldığını və bir müddətdir aclıq aksiyası keçirdiyini xatırladıb. Bildirilib ki, jurnalistin vəziyyəti ağır olduğundan o, məhkəməyə əlil arabasında gəlib.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR