Daha bir həkim koronavirusdan dünyasını dəyişdi - FOTO
Kateqoriya məlum deyil
Azərbaycanda daha bir həkim koronavirsudan dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, 24 saylı BŞX-nın həkimi Mətanət Rüstəmova Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığda yerləşən koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş modul tipli xəstəxanasında vəfat edib.
Qeyd edək ki, Mətanət Rüstəmova 24 saylı BŞX-nın lobaratoriya şöbəsinin müdiri olub.






