Logo

Zelinski və Berdiməhəmmədov da Prezidenti təbrik etdi

Zelinski və Berdiməhəmmədov da Prezidenti təbrik etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

Sfera.az-ın xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin Prezidentliyiniz dövründə Azərbaycan Respublikasının özünü regional lider kimi təsdiq etdiyini, ikitərəfli münasibətlərimizin isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamaq mənim üçün son dərəcə xoşdur.

Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşma əsasında gələcəkdə daha da dərinləşməsində birgə marağımızın olduğuna əminəm.

Dost Azərbaycanın ölkəmizə verdiyi hərtərəfli dəstəyi və Sizin şəxsi səylərinizi yüksək qiymətləndirərək, Ukrayna gələcəkdə də Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcəkdir.

Ukrayna və Azərbaycan arasında aktual məsələlərin geniş spektri üzrə şəxsi dialoqumuzun davam etdirilməsi üçün ilk münasib fürsətdə Sizi rəsmi səfərlə Kiyevdə görməyə şad olardım.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan öz dövlətçiliyinin möhkəmlənməsində, beynəlxalq arenada nüfuzunun artmasında və xalqın rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlar qazanıb.

Türkmənistanın Azərbaycanla hərtərəfli əməkdaşlığının indiki səviyyəsini yüksək qiymətləndirərək, ənənəvi qardaşlıq və mehriban qonşuluq münasibətlərimizin inkişafına Sizin şəxsi diqqətinizi və böyük töhfənizi xüsusi qeyd etmək istərdim.

Biz ölkələrimiz arasında zamanın sınağından çıxmış siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələri bundan sonra da genişləndirmək niyyətindəyik. Qəti əminik ki, Türkmənistan-Azərbaycan dövlətlərarası münasibətləri və çoxplanlı tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı naminə durmadan möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayır, ölkənizin qardaş xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR