Logo

Burun əməliyyatı etdirdi, ayaqlarını da kəsdilər - FOTOLAR

Burun əməliyyatı etdirdi, ayaqlarını da kəsdilər - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Burnunu estetik əməliyyat etdirən qadın, iki ayağını da itirib.

Sfera.az xəbər verir ki,hadisə Türkiyədə baş verib.

Belə ki, 6 il əvvəl Sevinc Çelik adlı qadın İstanbulda rinoplastika əməliyyatı etdirib. Əməliyyatdan bir həftə sonra bədənində kəskin ağrıların olduğunu hiss edən qadın həkimə müraciət edib. Həkim isə bu halın normal olduğunu bildirib. Getdikcə vəziyyəti pisləşən S. Çelik başqa həkimə müraciət etməli olub. Həkimlər ona əməliyyatdan qanına mikrob qarışdığını və bütün bədəninə yayıldığını söyləyiblər.

Reanimasiyaya yerləşdirilən qadının iki ayağı da göyərib. Həkimlər hər iki ayağı amputasiya etməli olublar.

S.Çelik baş verənlərə görə burun əməliyyatı etdirdiyi həkimi məhkəməyə verərək 1 milyon lirəlik təzminat tələb edib.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR