Logo

ABŞ -da xeyriyyə tədbiri keçirildi - FOTOLAR

ABŞ -da xeyriyyə tədbiri keçirildi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

22 noyabr 2020-ci il tarixində ABŞ-ın Virciniya Ştatının Fairfax şəhərində Milky Way Educational Cultural Association (MECA)-nın təşkilatçılığı ilə yerli Azərbaycan İcması şəhid ailələri və yaralı əsgərlərimizə dəstək üçün ikinci "Yemək Yarmarkası” humanitar tədbirini həyata keçirmişdir.

Tədbirdə Virciniya, Vaşington, Nyu-Cersi, Pensilvaniya və Merilənd bölgələrində yaşayan Azərbaycan icması üzvləri tərəfindən hazırlanmış milli yeməklər satılmışdır. Bu dəfəki tədbir üçün iş adamı Ələsgər Fərhadov sponsor kimi ianə etmiş, azərbaycanlı və türkiyəli iş adamları – o cümlədən Baku Delicious Market, Sultan’s Gourmet Market, Amity Halal Market, Turkuaz Mediterranean Market, Mazadar Restaurant və Sharbat Bakery şirkətləri təmənnasız təqdim etdikləri ləziz yeməklər və ərzaqla dəstək olmuşdur. Toplanan məbləğin tamamı yaxın günlərdə Azərbaycana göndərilib ehtiyac sahiblərinə çatdırılacaq və bu haqda əlavə hesabat ictimaiyyətə təqdim olunacaqdır.

Tədbirdə fərqli etnik mənsubiyyətli 300-dən artıq qonaq və təşkilatçılar aktiv iştirak etmişdir. Bir çox qonaq alışlardan əlavə ianələr etmiş, iştirak edə bilməyənlər isə MECA-nın bu məqsədlə açılmış xüsusi bank hesabına küçürmələr etmişdir. Hazırda toplanmış vəsaiti nəzərinizə çatdırırıq:

Nağd ödənişlər - $4,002

Kartla ödənişlər - $6,566

Bank köçürmələri - $5,542

Sponsor ianəsi - $6,000

Birinci tədbirdən qalıq - $160

----------------------------------

Cəmi: $22,270

MECA adından hava şəraitinə baxmayaraq bişirdikləri yeməklərlə, etdiyi ianələrlə, təşkilati, mənəvi və informasiya dəstəyi ilə iştirak edən bütün təşkilatçı və qonaqlara təşəkkür edirik!

Qarabağ Azərbaycandır!

Eşq olsun müzəffər odumuza!

Eşq olsun Azərbaycan xalqına!

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR