Məhv edilən düşmən texnikalarının nömrələrindən ibarət lövhə hazırlandı – FOTO
Kateqoriya məlum deyil
Azərbaycan Ordusunun Vətən müharibəsində məhv
etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng
lövhə hazırlanıb.
Sfera.az xəbər verir ki, lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.
Lövhədə böyük hərflərlə "Qarabağ Azərbaycandır!” şüarı əks olunub.
Lövhə bu gün Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan hərbi paradda nümayiş etdiriləcək.






