Şəhid ailələri üçün 10 min dollardan çox ianə göndərildi - FOTOLAR
Daha əvvəl verdiyimiz məlumata əsasən tədbirdə satılan yeməklərdən və birbaşa edilən ianələrdən $10.601.82 vəsait toplanıb. Toplanan vəsaitin ən səmərəli şəkildə istifadə edilməsi üçün planlaşdırma aparılıb və birinci əldən təhvil verilməsi üçün aşağıdakı siyahı üzrə bölüşdürülərək Azərbaycana göndərilib (Ailələrin həssaslığını nəzərə alaraq yalnız soyadları və qısa arayış qeyd edilir).
1.Şəhid Məmmədovun ailəsi – Şəki. Xüsusi Təyinatlı Qrupda döyüşüb.
2.Şəhid İsmayılovun ailəsi – Gəncə ş. Uşağının biri xəstədir, anası xərçəng xəstəsidir. Ailədə işləyən tək şəxs idi.
3.Qazi Səfər qardaşımızın ailəsi – Gəncə ş. Hazırda cəbhədədir. Üç övladı var. Ailənin maddi vəziyyəti ağırdır.
4.Qazi Gizir Ələkbərovun ailəsi – Ucar. Hazırda komadadır. İki övladı var, ailəsinin maddi vəziyyəti ağırdır.
5.Şəhid Mayor Hacıyevin ailəsi – Ucar. İki övladı var. Ailəsinin maddi vəziyyəti ağırdır.
6.Şəhid İsrafilovun ailəsi – Zaqatala rayonu.
7.Yaralı Qazi Səmədovun ailəsi – Zaqatala rayonu.
8.Yaralı Qazi Əliyevin ailəsi – Baş nahiyəsindən yaralıdır.
9.Şəhid Kerimovun ailəsi – Virciniyada yaşayan icma üzvlərindən birinin tələbə yoldaşı olub.
10.Şəhid Kapitan Cabbarovun ailəsi – Naxçıvan, Şərur. Füzuli döyüşlərində şəhid olub, 2 övladı var.
11.Şəhid Polkovnik Leytenant Əliyevin ailəsi – Tərtər. Xocavənd döyüşlərində şəhid olub, 2 övladı var.
12.Şəhid Əliyevin ailəsi – Maştağa qəsəbəsi. 27.09.2020-də şəhid olub.
13.Şəhid İsgəndərovanın ailəsi – Bərdəyə raket hücumu nəticəsində 8 yaşında şəhid olub. Bacısı yaralanıb.
14.Şəhid Əliyevanın ailəsi – Bərdədə sivil ərazidə şəhid olub.
15.Şəhid Bəxşəliyevin ailəsi – Bərdədə sivil ərazidə şəhid olub.
16.Şəhid Süleymanovun ailəsi – Qəbələ rayon, Bun kəndi
17.Şəhid Mikayılovun ailəsi – Qəbələ rayon Mıxlıqovaq kəndi
18.Şəhid Mustafayevin ailəsi – Qəbələ rayonu. Evləri yoxdur, məktəbdə yerləşiblər.
19.Qazi Ağayevlər ailəsi – Gəncə şəhərinə raket zərbəsi nəticəsində evləri tamamilə dağılmışdır.
20.Şəhid Xəlillinin ailəsi – Şərur rayonu, Çomaxtur kəndi
21.Şəhid Mədətovun ailəsi – Şərur rayonu, Çomaxtur kəndi
22.Şəhid Sadiqovun ailəsi – Şərur rayonu Dəmirçi kəndi
23.Şəhid Əhmədovun ailəsi – Şərur rayonu, Sovxozkənd kəndi
24.Şəhid Məmmədovun ailəsi – Şərur rayonu, Danyeri kəndi
25.Şəhid Babayevin ailəsi – Şərur rayonu Danyeri kəndi
26.Xəstəxanalarda olan yaralı əsgərlər – Hərəkət məhdudiyyəti olanlara əlil arabası, maddi yardım, ərzaq, kitablar.
27.Növbəti göndəriş üçün qalıq məbləğ - $101.82
Allah bütün şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin! Təşkilatçılar adından vətən müharibəsinə dəstək olan bütün arxa cəbhə qəhrəmanlarına təşəkkür edirik!
Qarabağ Azərbaycandır!
Eşq olsun müzəffər ordumuza!
Eşq olsun Azərbaycan xalqına!
Həftəlik yardım kampaniyası davam edir. Qoşulmaq istəyən həmvətənlərimiz Zelle hesabına: [email protected] ianə göndərə bilərlər.






