Sinan Akçıl Şuşaya getmək istəyir
Kateqoriya məlum deyil
Türkiyəli müğənni Sinan Akçıl Şuşada mahnı ifa
edəcək.
Sfera.az xəbər verir ki, müğənni ötən gün İstanbulun Nişantaşı səmtində jurnalistlərin suallarını cavablandırarkən Şuşaya gedəcəyini söyləyib.
"Tezliklə Şuşaya gedəcəm və orada "Sən daima yaşa, Azərbaycan” mahnısını oxuyacam”, - deyə S.Akçıl bildirib.
Xatırladaq ki, ifaçı sözügedən mahnını azərbaycanlı müğənni Səidə Quliyeva ilə birlikdə ifa edərək klip çəkdirmişdi.
Jalə Mehdi
Sfera.az






