Logo

Son 44 gündə bayrağımız haralara sancıldı? – XRONOLOGİYA/VİDEO

Son 44 gündə bayrağımız haralara sancıldı? – XRONOLOGİYA/VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Dünən Şuşa şəhərinin işğaldan azad olunmasını bütün ölkə bayram kimi qeyd etdi. Milyonlarla azərbaycanlının bir xəyalı daha gerçəkləşdi və illər sonra bayrağımız Şuşada dalğalandı.

Bu gün isə sevincimizə sevinc qatan daha bir xəbər gəldi: Prezident İlham Əliyev Azərbaycanın daha 23 yaşayış məntəqəsinin işğaldan azad edildiyini açıqladı.

Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etdi.

Beləliklə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində 5 şəhər, 3 qəsəbə və 238 kənd işğaldan azad edildi.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 82 kəndi, Füzuli şəhəri və rayonun 42 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 49 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 27 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 29 kəndi, Xocalının 6 kəndi, Şuşa şəhəri, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olundu.

Oktyabrın 3-də Suqovuşanda və Talış kəndində (Ağdarə rayonu), oktyabrın 4-də Cəbrayıl şəhərində, ayın 17-də Füzuli şəhərində, 20-də Zəngilan şəhərində, 25-i Qubadlı şəhərində, noyabrın 8-də isə Şuşa şəhərində bayrağımız ucaldıldı.

30 ildən sonra  torpaqlarımızın bayraq həsrətinin sona ərdiyi anları əks etdirən görüntüləri təqdim edirik:

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR