Logo

Abxaziyalı separatçı Dağlıq Qarabağa muzdlu dəstə yollayır - FOTO

Abxaziyalı separatçı Dağlıq Qarabağa muzdlu dəstə yollayır - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Donbasdakı fəaliyyəti ilə tanınmış terrorçu Axra Avidzba (Abxaz) etnik ermənilərdən ibarət qrup toplayaraq Qarabağda döyüşlərə yollanacağını bildirib.

Sfera.az xəbər verir ki, bu barədə rusiyalı hərbi jurnalist Aleksandr Kots bildirib.

O qeyd edib ki, Axra Avidzba Abxaziyadan olan etnik ermənilərdən qrup toplayıb. Onlar bu günlərdə Qarabağda döyüşmək üçün yola düşəcəklər. Hələlik qruplaşmanın neçə nəfərdən ibarət olacağı barədə məlumat yoxdur.

Sosial şəbəkə üzvləri isə "etnik ermənilər”in fotoları çəkilən yerə diqqət etdikdə oranın Rusiyanın Soçi şəhəri olduğunu bildiriblər. Qeyd olunub ki, Rusiya Ermənistanı Qarabağ münaqişəsində dəstəkləmir və həmin şəxslər etnik erməni deyil, əsl muzdlulardır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR