Co Bayden azərbaycanlı jurnalistə: “Türk millətinin sənin kimi cəsur qızları olduqca bu millət yenilməyəcək”
Kateqoriya məlum deyil
"Amerikanın növbəti
prezidenti olmağa yaxın olan Co Baydendən müsahibə alan yeganə jurnalist
olmuşam”.
Sfera.az xəbər verir ki, bu barədə jurnalist Qənirə Ataşova öz "Facebook” hesabında məlumat verib. Jurnalist bunun böyük qəhrəmanlıq olmadığını da qeyd edib:
"Bu foto da burda qalsın. Amerikanın növbəti prezidenti olmağa yaxın olan Co Baydendən müsahibə alan yeganə jurnalist olmuşam. Belə bir söz demişdi:
"Türk millətinin sənin kimi cəsur qızları olduqca bu millət yenilməyəcək”. Şəkildən də aydın görünür, şəhadət barmağını mənə tuşlayıb. Orijinal videosu ANS-in arxivində var. Böyük qəhrəmanlıq etməmişdim. Uzaqdan çağıraraq, onu müsahibə verməyə inandırmışdım. Co Bayden o zaman Amerikanın vitse-prezidenti idi. Bu müsahibədən sonra Türkiyənin Xarici İşlər Nazirliyi mənə təşəkkür məktubu göndərmişdi. 2016, Vaşinqton”.
Aysel
Sfera.az






