Logo

“Sosis kralı” ləqəbli oliqarx oxla öldürüldü - FOTO

“Sosis kralı” ləqəbli oliqarx oxla öldürüldü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Sosis kralı” ləqəbli rusiyalı oliqarx Vladimir Maruqov sauna salonunda qətlə yetirilib.

Sfera.az xəbər verir ki, V. Maruqov və rəfiqəsi sauna salonunda olduqları vaxt iki maskalı şəxs onlara hücum edib. Qadın pəncərədən qaçaraq polisi çağırmağa müvəffəq olub.

Detektivlər Rusiyanın ən böyük ət emalı zavodlarına sahib olan Maruqovun cəsədini saunada tapıb. Onun cəsədinin yanında qundaqlı yay olub.

Polis qətllə əlaqəli bir nəfər şübhəlini saxlayıb. Onun kimliyi barədə açıqlama verilməyib.

Rusiya İstintaq Komitəsi hadisənin paytaxt Moskvadan 40 km (25 mil) uzaqda bazar ertəsi səhər erkən saatlarda baş verdiyini açıqlayıb.

İstintaq Komitəsi bildirib ki, oliqarxı oxla vuranlar avtomobil ilə hadisə yerindənq açmazdan öncə Maruqovdan nağd pul tələb ediblər.

Qeyd edək ki, Vladimir Maruqovun oğlu Aleksandr keçən il Moskvada motosiklet qəzasında vəfat edib.

Aysel

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR