Logo

Buradakı evlər hamburger qiymətinə satılacaq - FOTOLAR

Buradakı evlər hamburger qiymətinə satılacaq - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İtaliyanın Siciliya adasındakı Salemi şəhərində 30-dan çox ev hamburger qiymətinə – cəmi 1 avroya satışa çıxarılacaq.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, alıcılara təmirə ehtiyac duyulan binalar təklif ediləcək. Onlardan bəziləri 1968-ci ildə baş vermiş zələlədən sonra xaraba qalıb.

Evlərin gələcək sahibləri bina təmir edilməyincə hər il 250 avro məbləğində sığorta ödəməli olacaqlar.

Şəhər meri Domeniko Venuti bildirib ki, satışdan əvvəl onlar Saleminin bu rayonlarını bərpa edərək infrastrukturu - yolları, elektrik şəbəkələrini, kanalizasiyanı müasirləşdiriblər.

Şəhərdə həmçinin istənilən qiymətə kafe, restoranlar, Norman qalası və muzeylər var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR