Logo

İsrailin Azərbaycana vermək istədiyi “Dəmir Qübbə” bizi necə qoruyacaq? - DETALLAR

İsrailin Azərbaycana vermək istədiyi “Dəmir Qübbə” bizi necə qoruyacaq? - DETALLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk İsrailin "Dəmir Qübbə” ("Iron dome") sisteminin Azərbaycanda mülki əhalinin qorunması üçün istifadə edilməsi təklifini irəli sürüb.

Sfera.az bildirir ki, keçmiş səfir bu barədə öz "Twitter" hesabında yazıb:

"Sderot, Aşkelon və Beer-Şevadan olan israillilərə bu hekayə tanışdır. Döyüş meydanındakı itkiləri tarazlaşdırmaq üçün mülki əhaliyə raketlər atılır. Biz "Dəmir Qübbə” sistemini Azərbaycanla bölüşməliyik”.

Bəs "Dəmir Qübbə" sistemi nədir və üstünlüyü nədədir?

"Dəmir Qübbə"nin xüsusiyyətləri:

İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir. Onun əsas funksiyası hava hücumundan müdafiədir. Bu sistem 70 km-dək məsafədə əsasən qısa mənzilli raket və 155 mm çaplı artilleriya mərmilərinin zərərsizləşdirilməsi məqsədi daşıyır.

İsrailin Azərbaycana vermək istədiyi “Dəmir Qübbə” bizi necə qoruyacaq? - DETALLAR

"Dəmir Qübbə" necə işləyir?

Bu sistem üç əsas komponentdən ibarətdir: aşkarlama və təqib radarı, döyüş idarəetmə komanda məntəqəsi və raket atəş vahidi.

Raket atəş vahidi atıcı qurğu elektro-optik sensorlara, yüksək manevrlik qabiliyyətinə sahib olan Tamir "yer-hava" tipli raketlərlə təchiz olunub.

Sistemin radarı EL/M-2084 adlanır. Bu radar raketin hədəf aldığı yeri və onun hərəkət trayektoriyasını müəyyənləşdirir. Döyüşü idarəetmə məntəqəsi radar vasitəsilə əldə olunmuş məlumatlar sayəsində hədəfin müəyyən olunmuş ərazi üçün təhdid yaradıb-yaratmadığını müəyyənləşdirir. Yalnız bu təhdid aşkar olunduqdan sonra Tamir raketi ilə hədəf müəyyən olunmuş əraziyə çatmadan məhv edilir.

İndiyədək "Dəmir qübbə"nin 10 batareyası istehsal olunub. Onun bir batareyasının qiyməti 50 milyon dollardır. Onun ağırlığı 90 kiloqram, uzunluğu 3 metrdir.

İsrailin Azərbaycana vermək istədiyi “Dəmir Qübbə” bizi necə qoruyacaq? - DETALLAR

"Dəmir Qübbə"nin üstünlüyü

Tipik hava hücumundan müdafiə divizionlarında radar, raket idarəetmə məntəqəsi və bir neçə atıcı qurğu hamısı eyni ərazidə yerləşir.

Bunun əksinə olaraq, "Dəmir Qübbə" divizionunda bu komponentlər səpələnmiş halda yerləşir. Hər bir atıcı qurğu 20 raketdən ibarət olur.  Bəzi məlumatlara görə bir "Dəmir Qübbə" təqribən 150 kvadrat kilometr böyüklüyündə ərazinin hava hücumundan müdafiəsini təşkil etməyə qadirdir.

İstehsalçı şirkət bildirir ki, "Dəmir Qübbə" bir neçə təhlükəyə eyni anda cavab vermək qabiliyyətinə malikdir.

İsrailin Azərbaycana vermək istədiyi “Dəmir Qübbə” bizi necə qoruyacaq? - DETALLAR

Uğurlar...

İsrail Dəmir Qübbə sistemini ilk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirib. Bu sistem ilk dəfə 7 aprel 2011-ci ildə Qəzzadan atılan Qrad raketlərini məhv edib. 10 mart 2012-ci ildə ''Yerusəlim Post''da yer alan məlumata əsasən "Dəmir Qübbə" Qəzza zolağından əhalinin sıx məskunlaşdığı ərazilərə atılan raketlərin 90%-ni zərərsizləşdirə bilib. 2012-ci ilin noyabrında verilən rəsmi məlumata görə, sistem 4 gün ərzində Qəzza ərazisindən buraxılan 400-dən çox raketi zərərsizləşdirməyə müvəffəq olub. 2014-cü ilin sonuna olan məlumata görə, "Dəmir qübbə" vasitəsilə 1200 raket vurulub.

İsrailin Azərbaycana vermək istədiyi “Dəmir Qübbə” bizi necə qoruyacaq? - DETALLAR

"Dəmir Qübbə" Azərbaycan səmasını da qoruyacaqmı?

Hazırda bu kompleksdən yalnız İsrail və Sinqapurda istifadə edilir.

Azərbaycan 2013-cü ildə İsrailin aparıcı silah şirkətləri olan "Rafael" və "Israel Aircraft Industries"lə (İAİ) silah alqı-satqısına dair müqavilə bağlayıb. "Dəmir qübbə" də adıçəkilən şirkətlər tərəfindən sifariş əsasında hazırlanır.

2016-cı ildə rəsmi mənbələr İsrailin Azərbaycana "Dəmir qübbə" adlanan raket əleyhinə müdafiə sistemi verəcəyini açıqlayıb. Həmin vaxt mətbuatda gedən xəbərlərdə sözügedən silahın bizim ölkəyə göndərilmək üçün hazır olduğu da qeyd edilib.

Aysel

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR