Logo

˝LIBRAFF˝ Elif Şafakın kitablarının satışından imtina etdi - FOTO

˝LIBRAFF˝ Elif Şafakın kitablarının satışından imtina etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

˝LIBRAFF˝  kitab mağazalar şəbəkəsi bu gündən etibarən Elif Şafakın kitablarının satışından imtina edir.

Sfera.az xəbər verir ki, bu barədə "LIBRAFF"ın sosial şəbəkələrdəki rəsmi səhifələrində məlumat yerləşdirilib.

Məlumatda deyilir:

"Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda 27 sentyabrdan başlayan Vətən Müharibəsi bizə yanımızda və qarşımızda olanları tanımaq imkanı yaratdı. Yazıçının "Twitter” sosial şəbəkəsindəki hesabında ˝sənət˝ adı ilə erməni işğalına haqq qazandıran paylaşımına görə Azərbaycan xalqından üzr istəyənə qədər mağazalarımızda kitablarının satışı dayandırılır.

"Baku Book Center", "Ali and Nino", "Kitabevim.az", "Azər Kitab" və digər kitab mağazalarını da oxşar addımı atmağa çağırırıq. Biz birlikdə güclüyük!".

Xatırladaq ki, Türkiyənin məşhur yazıçılarından biri olan Elif Şafak dünən öz "Twitter" hesabında Ermənistana dəstək verən paylaşım edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR