Logo

İrandan Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı və benzin göndərildi - SƏNƏDLƏR

İrandan Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı və benzin göndərildi - SƏNƏDLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağda döyüşlərin getdiyi bir vaxtda İranın işğalçı Ermənistan rejiminə göstərdiyi dəstək daha da intensiv xarakter alıb.

Sfera.az bildirir ki, Güney Azərbaycan Televiziyasının əldə edə bildiyi sənədlərdə İran rejiminin son günlər ərzində Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı, benzin və dizel yanacağı göndərdiyi müşahidə edilir.

Bundan başqa, İran rejimi tankeri olan şirkətlərdən də yüzlərlə tankeri eyni məqsədli fəaliyyəti həyata keçirmək üçün icarəyə götürüb.

İran rejimi bu tankerləri "Araz Keyhan", "Faxer Tərabər", "Fərnud Tərabər və "Zamane-Tir" kimi beynəlxalq daşıma şirkətlərindən kiyarərə götürüb, qeyd edilən yanacaqları yükləmək üçün İran Neft Şirkətinin Təbrizdəki anbarlarına göndərib.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Dağlıq Qarabağı erməni işğalından azad etməyə başlamasının ilk günlərindən İran Ermənistana göstərdiyi dəstəyi dəfələrlə artırıb. Ötən günlər ərzində Rusiyadan Ermənistana göndərilən yüzlərlə "Kamaz"ın İran ərazisindən keçərək, silah-sursat və hərbi texnikanı Ermənistana çatdırmasına dair çoxlu sayda video və fotolar yayılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR