Hikmət Hacıyev: Ermənistanın mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir - FOTO
Kateqoriya məlum deyil
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter”dəki hesabında Ermənistanın dövlət səviyyəsində vandalizm siyasətini davam etdirməsi ilə bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, Hikmət Hacıyev yazıb:
"Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir. Bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktıdır”.






