İşğaldan azad edilən Hadrutdan FOTOLAR
Kateqoriya məlum deyil
Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Dağlıq Qarabağa
doğru zəfər yürüyüşü sayəsində ötən gün Azərbaycanın tarixi ərazisi olan Hadrut
qəsəbəsi və digər səkkiz kənd Ermənistanın işğalından azad edilib.
Sfera.az xəbər verir ki, Hadrut Xocavənd rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbədir. 1939-cu ilədək adı Dizaq olub. Qozluçayın dərəsində, Arqu dağının ətəyində yerləşir. XIX əsrdə Ağoğlan kimi qeydə alınıb.
Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilən Hadrut 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azad edilib.
Hadrut qəsəbəsindən fotoları təqdim edirik:






