Rusiyalı ekspertdən ermənilərə: “Qulağınızın dibini görərsiniz”
Erməni lobbi qrupları və xarici ölkələrdəki diaspor nümayəndələri İrəvanın bu niyyətini açıq mətnlə bəyan edirlər. Rusiya Prezidenti Vladimir Putinin "Müharibə Azərbaycan ərazisində gedir” deməklə Kremlin baş verənlərə müdaxilə etməyəcəyinə işarə vurmasından sonra bu çağırışlar daha da intensivləşib. Artıq Rusiya ictimaiyyətindən də Ermənistanın bu müstəsna həyasızlığına etirazlar gəlməyə başlayıb.
Məsələn, rusiyalı tanınmış jurnalist, "Milli müdafiə” dərgisinin baş redaktoru, eyni zamanda hərbi ekspert olan İqor Korotçenko erməni lobbisi və diaspora nümayəndələrinin bu çağırışlarına sərt cavab verib. "Erməni lobbisinin "Putin, Qarabağa ordu yerit” bağıran nümayəndləri əvvəlcə öz oğullarını Dağlıq Qarabağdakı cəbhə zonasına göndərsinlər, qoy döyüşsünlər! Yoxsa ki, onların oğulları ABŞ-da yerləşməli, rus əsgəri isə Paşinyanın hərbi yarıtmazlığına ölməlidir. Qulağınızın dibini görərsiniz!”, - deyə rusiyalı jurnalist "Twitter” hesabında yazıb.







