AL: "Qarabağ" səsvermədə neçəncidir?
Kateqoriya məlum deyil
UEFA Avropa Liqasının rəsmi "Twitter" səhifəsində Avropa Liqasının qrup mərhələsində komandaların imkanlarını öyrənmək üçün sorğu keçirilir.
Sfera.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da yer aldığın I qrupu ilə bağlı sorğuda indiyədək 24 491 nəfər iştirak edib.
Onların 67,4 faizi İspaniya "Vilyarreal"ının, 23,9 faizi isə Türkiyə "Sivasspor"unun şanslarını yüksək qiymətləndirib. Ağdam təmsilçisi 5,3 faiz səslə 3-cü, İsrailin "Makkabi" (Təl-Əviv) komandası 3,5 faiz səslə 4-cü sıradadır.
Qeyd edək ki, oktyabrın 2-də başlayan sorğu 3 gün sonra başa çatacaq. "Qarabağ" qrup mərhələsindəki ilk oyununu oktyabrın 22-də İsraildə "Makkabi"yə qarşı keçirəcək.






