Logo

Sumqayıtda zəncirvari yol qəzası olub - FOTO

Sumqayıtda zəncirvari yol qəzası olub - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 50-DE-533 dövlət nömrə nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq qarşıdan gələn 50-CA-510 dövlət nömrə nişanlı BMW markalı avtomobilə çırpılıb. Sonuncu isə zərbənin təsirindən yolun kənarında dayanan 50-DH-627 dövlət nömrə nişanlı KIA markalı avtomobilə dəyib. Qəza nəticəsində xəsarət alan olmasa da hər 3 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP və PPX əməkdaşları və təxliyə maşını cəlb edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR