Logo

Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda COVID-19-a yoluxmanın yayılmasına görə Bakı şəhəri ilk yerdədir.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, ölkə üzrə koronavirus testi müsbət olan şəxslərin 56,2%-i paytaxtda yaşayır. Yoluxmaların 15,8%-i isə Abşeron rayonunun payına düşür.

Aparılan statistikaya əsasən, siyahıda koronavirusa yoluxanların 10,2%-i Aran zonasında, 6,4%-i Gəncə-Qazax bölgəsində, 4,3%-i Lənkəran rayonunda, 1,9%-i Quba-Xaçmaz, 1,7%-i Şəki-Zaqatala, 1,6%-i Dağlıq Şirvan, 1%-i Yuxarı Qarabağda qeydə alınıb.

Koronavirusa yoluxanların 0,03%-i isə Naxçıvanda yaşayanlardır.

Qeyd edək ki, koronavirusa yoluxanların 0,8%-ni ölkə xaricindən gələnlər təşkil edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR