Logo

"Neftçi" Avropa Liqasında növbəti mərhələyə yüksəldi - FOTO

"Neftçi" Avropa Liqasında növbəti mərhələyə yüksəldi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "Neftçi" UEFA Avropa Liqasında ilk oyununu keçirib. 

Sfera.az xəbər verir ki, Füzuli Məmmədovun baş məşqçilik etdiyi komanda I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi" ilə üz-üzə gəlib.

"Bakcell Arena"da təşkil olunmuş qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. 66-cı dəqiqədə "Neftçi"nin belçikalı legioneri Sabir Burqin hesabı açıb. 70-ci dəqiqədə qonaqların heyətində Omar Qudiabi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 88-ci dəqiqədə Anton Krivotsyuk ikinci qolu "Şkupi"nin qapısından keçirib. 90+1 -ci dəqiqədə isə Dembo Darbo hesab arasındakı fərqi azaldıb.

Beləliklə, "Neftçi" Avropa Liqasında II təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. Bu raundun püşkü avqustun 31-də atılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR