Logo

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi - FOTO

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. 

Sfera.az xəbər verir ki, Azərbaycan təmsilçisi Makedoniya vitse-çempionu "Sileks" ilə üz-üzə gələcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda püşkün nəticəsinə əsasən matçı evdə keçirəcək.

Püşkatmanın nəticələri:

"Ferentsvaroş" (Macarıstan) - "Yurqorden" (İsveç)

"Seltik" (Şotlandiya) - KR (Reykyavik, İslandiya)

"Legiya" (Varşava, Polşa) - İlkin mərhələdə "Linfild" (Şimali İrlandiya) / "Drita" (Kosovo) cütünün qalibi

"Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq)

"Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina)

"Srvena Zvezda" (Serbiya) - "Europa" (Cəbəllütariq)

"Buduçnost" (Podqoritsa, Monteneqro) - "Lüdoqorets" (Bolqarıstan)

"Ararat-Armenia" (Ermənistan) - "Omoniya" (Kipr)

"Floriana" (Malta) - ÇFR (Kluj, Rumıniya)

"Makkabi" (Təl-Əviv, İsrail) - "Riqa" (Latviya)

"Qarabağ" (AZƏRBAYCAN) - "Sileks" (Şimali Makedoniya)

"Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya)

"Dinamo" (Brest, Belarus) - "Astana" (Qazaxıstan)

"Dinamo Tbilisi (Gürcüstan) - "Tirana" (Albaniya)

"Molde" (Norveç) - "KuPS" (Finlandiya)

"Flora" (Tallin, Estoniya) - "Suduva" (Litva)

"Tselye" (Sloveniya) - "Dandolk" (İrlandiya)

"Kİ (Klaksvik, Farer adaları) - "Slovan" (Bratislava, Slovakiya)

Qeyd edək ki, qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarətdir. Birinci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR