Logo

Nəsimi rayonunda silahlı şəxs saxlanılıb - FOTO

Nəsimi rayonunda silahlı şəxs saxlanılıb - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, Sumqayıt şəhər sakini İlkin İsmayılov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq və 6 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunusuz olaraq üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR