Logo

Türkiyədə koronavirus qurbanlarının sayı 4 369-a çatdı

Türkiyədə koronavirus qurbanlarının sayı 4 369-a çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 29 nəfər ölüb.

Sfera.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 21492 şübhəli koronavirus testindən keçib, onlardan 987-nin  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4369 nəfər ölüb, 157814 nəfər bu infeksiyaya yoluxub, 120015 nəfəri isə müalicə olunub.

Bu gün 1321  xəstə evə buraxılıb.

Nazir bildirib ki, səhhəti yaxşılaşan xəstə sayı 120 mini keçib, dəstəyə ehtiyacı olan xəstə sayı azalır, reanimasiyada ümumilikdə 755 xəstə var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR