80 yaşlı sabiq deputat karantin günlərində yeni şirkət qurdu - FOTOLAR
Sfera.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook" səhifəsində xəbər yayıb. C. Həsənli şirkətin Elxan Süleymanovun hazırda yaşadığı Göyçay rayonunun Nizami küçəsi, ev 274-də hüquqi qeydiyyatdan keçdiyini bildirib.
"Keçmiş deputatın oğlu Vurğun Süleymanov isə (keçmiş gömrük generalı) bu il yanvarın 28-də hüquqi qeydiyyatı Ağsu rayonunun Kəndoba kəndində olan "Sümbül" İstehsal koorperativini təsis edib".
Cavanşir Həsənli bundan əvvəl Süleymanovların daha 4 şirkətinin fəaliyyət göstərdiyini qeyd edib:
"Elxan Süleymanovun təsis etdiyi Azərbaycan-Bolqarıstan birgə müəssisəsi "Azbol" 1996-cı ildə, "Aqro inkişaf" Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə, "Xəzər-XXI əsr" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2003-cü ildə, Vurğun Süleymanovun təsisçisi olduğu "AZ NM LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2004-cü ildə qeydiyyatdan keçib. "Xəzər-XXI əsr" MMC-nin ötən il ləğv edildiyi elan olunub".
"Elxan Süleymanov eyni zamanda 2005-ci ildə Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) da təsis edib. O, Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti dövründə dəfələrlə rüşvət və korrupsiya ittihamları ilə üzləşib", - deyə Cavanşir Həsənli əlavə edib. (yenisabah.az)






