Türkiyədə koronavirusdan ölənlərin sayı 3000-i ötdü - STATİSTİKA
Kateqoriya məlum deyil
"Türkiyədə son sutkada daha 89 nəfər pandemiyanın qurbanı olub”.
Sfera.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 081 nəfərə çatıb.
Nazir həmçinin daha 2 936 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 117 589-a yüksəldiyini bildirib.
F.Koca Türkiyədə indiyədək 44 022 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.






