Xiaomi, Mi 10 Pro qutusundakı yazısı ilə Huawei şirkətini trolladı
Mi 10 Pro-nun Avropa bazarındakı qiyməti Huawei P40 Pro ilə eynidir. Lakin Mi 10 Pro-nun bir üstünlüyü var. Təbii ki, söhbət, Google servislərindən gedir. Biz bilirik ki, ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti öz yeni smartfon modellərinə Google servislərini inteqrasiya edə bilmir. Google servislərinin yerinə Huawei şirkəti AppGallery tətbiqlər mağazasını və Huawei Mobile Services servislərini təqdim edir.
Xiaomi isə bu məsələdə öz üstünlüyünü diqqətə çatdırmaq üçün Mi 10 Pro modelinin qutusunda "with easy access to the Google apps you use most" (sizin ən çox istifadə etdiyiniz Google tətbiqlərinə rahatlıqla giriş ilə) yazısını qeyd edib. Təbii ki, yazıda Huawei şirkətnin adı çəkilmir. Lakin ad olmasa da Xiaomi-nin verdiyi mesajın kimə ünvanlandığı tam aydındır.






