Logo

“Azərbaycana Hyundai-ların idxalında gecikmələr gözlənilmir”- AÇIQLAMA

“Azərbaycana Hyundai-ların idxalında gecikmələr gözlənilmir”- AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi distribyütoru "Auto Azərbaycan” şirkəti (Hyundai Azərbaycan) Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motors Company”nin fəaliyyətini dayandırması ilə bağlı məlumatı təkzib edir.

Şirkətdən  verilən məlumata görə, "Hyundai Motors”un Cənubi Koreyada yerləşən zavodlarında avtomobil istehsalında gecikmələr var, lakin bunun Azərbaycana təsiri yoxdur:

"Bu gün yayımlanan məlumata görə Cənubi Koreya höküməti Çində davam edən "Corona” virus böhranı səbəbiylə, bir müddət Çindən idxalı dayandırıb.

Cənubi Koreya avtomobil istehsalçısı "Hyundai Motors Company” Cənubi Koreyada yerləşən zavodların bir sıra xammal və ehtiyyat hissələrini Çindən əldə etdiyi üçün avtomobil istehsalında gecikmələrin ola biləcəyini açıqlayıb. Buna baxmayaraq zavodlar öz fəaliyyətini davam etdirir.

"Auto Azərbaycan” şirkəti Cənubi Koreya ilə yanaşı "Hyundai Motors Company”nin Çexiya və Rusiyada yerləşən zavodlarından da avtomobil idxal edir. Yeni avtomobillərin və ehtiyyat hissələrinin idxalı ilə bağlı hal hazırda gecikmələr gözlənilmir”. (marja)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR