Ağstafanın gənc xanım namizədi üç kənddə görüşlər keçirdi - FOTOLAR
108 saylı Ağstafa Seçki dairəsindən namizədliyi qeydə alınmış gənc namizəd Rəna Qəfərova kəndlərdə seçiciləri ilə silsilə görüşlərini davam etdirir.
Sfera.az-ın məlumatına görə, deputatlığa namizəd Ağstafa rayonunun Kolxəlfəli, Pirili və Qarahəsənli kəndlərində seçici fəalllığı ilə müşaiyyət olunan görüşlər keçirib.
Özünün seçki plotfarmasının detallarından danışan Rəna Qəfərovanın çıxışları kənd sakinləri tərəfindən razılıqla qarşılanıb və onlar seçki günü səslərini ona verəcəklərini bildiriblər.
Namizəd isə özünün facebook səhifəsində seçicilərinə minnətdarlığını bildirib: Ağstafanın Kolxəlfəli, Pirili və Qarahəsənli kəndlərində əhalinin bir qisminnən taniş olduq. Yüksək qonağpərvərliklə qarşılandığımıza görə hər birinizə dərin minnətdarlığımızı bildiririk"











