Logo

Əlabbas Məhərrəmli Cəmil Həsənlinin yazısına münasibət bildirib

Əlabbas Məhərrəmli Cəmil Həsənlinin yazısına münasibət bildirib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cari ilin Fevralın 9-a təyin edilmiş növbədənkənar VI çağırış Parlament seçkilərinə Quba 52 saylı seçki dairəsindən namizədliyini irəli sürmüş Əlabbas Məhərrəmli Cəmil Həsənlinin cəmiyyətdə ajiotaj yaradan yazısına münasibət bildirib.

Sözügedən yazını diqqətinizə çatdırırıq:

"Cəmil Həsənli 5 ildən bir təzahür edən "falçılıq qabiliyyəti”ni yenə işə salıb. Özünə siyasətçi deyib də siyasi proseslərdən kənarda duran bu professor 9 fevral seçkilərində seçicilərin əvəzinə "səs verərək”, nəticələri "müəyyənləşdirib”. Sözün tam mənasında, rəzalətdir! Siyasətçisənsə, get, siyasətlə məşğul ol... Tarixçisənsə, get araşdırma apar... Daha falçılıq etmək nədir? 5 milyon seçiciyə hörmətsizlik nə deməkdir? Elə faydalı işlə yox, falçılıqla məşğul olduğunuz üçün bu vəziyyətdəsiziniz.

Cəmil Həsənlinin "fal”ında 52 saylı Quba seçki dairəsindən Vahid Əhmədovun "seçiləcəyi” göstərilib. Bu adam 1 dəfə sovet, 3 dəfə də müstəqillik dönəmində Qubadan deputat mandatı götürüb. İnanın, tam qərəzsiz deyirəm ki, Milli Məclisdəki çıxışlarına və mətbuatdakı açıqlamalarına baxmayın, Əhmədov bu 15 ildə Qubanın rayon mərkəzində və kəndlərdəki problemlərin həlli üçün bir iş görməyib, seçiciləri narahat edən məsələlərlə maraqlanmayıb... İndi isə bir müxalifət təmsilçisinin siyahısında 52-ci dairənin "qalib”i kimi təqdim olunur. İnanin ki, Əhmədovun kəndlərdə keçirdiyi görüşlərdə 15 ildə nə etmisən suallari cox verilir.Bu, Qubalıların Əhmədova münasibətinin göstəricisidir.

Sonda demək istəyirəm ki, mən "falçı professor”un və müxalifətin siyahısına düşmək uğrunda yox, seçicilərin gerçək etimadı və səsləri uğrunda mübarizə aparıram. Digər seçki dairələrindəki əsas namizədləri də başladıqları kampaniyanı eyni səviyyədə davam etdirməyə çağırıram".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR