Logo

Anar Əsədli vəkilləri və komandası ilə məcburi köçkünlərin yataqxanasına gəldi

Anar Əsədli vəkilləri və komandası ilə məcburi köçkünlərin yataqxanasına gəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli, vəkilləri və komandası yenə zəngilanlı-qubadlı seçiciləriylə bir aradaydı. Onlar bu dəfə Bakı şəhəri Tbilisi prospekti 66 və Nəsimi rayonu Seyfulla Qasımzadə 36 ünvanında yerləşən məcburi köçkün yataqxanalarında məskunlaşan seçicilərin evlərini ziyarət etdilər. Komanda ölkədəki dəyişiklik və seçki prosesi ilə yanaşı, sakinlərin həyat şəraiti, burada yaşayan uşaq və gənclərin təhsili ilə bağlı söhbətlər aparıb

Anar Əsədli yataqxanadakı çətin həyat şərtlərinə rəğmən, övladlarının, xüsusilə qız uşaqlarının təhsilinə həssas yanaşan valideynlərə təşəkkür edib. Həmçinin, gənclərin təhsil və iş imkanlarına dair seçki platformasında yer alan məqamları seçicilərinin diqqətinə çatdırıb:

"– Gənclərimizin yerli və xarici ali məktəblərə qəbulu üçün güzəştli təhsil kursları təşkil edəcəyəm.
– Bölgənin imkanlı şəxslərinin maddi və mənəvi dəstəyi ilə təqaüd proqramı təşkil edəcək, bu proqram vasitəsilə xaricdə təhsil alan zəngilanlı-qubadlılı gənclərin sayını artırmağa çalışacağam.
– Zəngilan-Qubadlı sakinlərinin sıx məskunlaşdığı ərazilərdə ən azı bir peşə liseyi açılması yönündə aktiv fəaliyyət göstərəcək, həmin peşə liseylərinin məzunlarının işlə təmin olunması üçün biznes subyektləri ilə əməkdaşlıq edəcəyəm.
– Gənclərin "Startup” ideyalarının maliyyələşməsi, texniki və bürokratik dəstəklərin verilməsi məqsədilə inkubasiya və akselerasiya mərkəzləri ilə əməkdaşlıq quracağam".

Ev ziyarətləri zamanı müxtəlif yaş qruplarından olan seçicilərlə söhbət edilib və lazımi qeydlər götürülüb. Hər biri daha gözəl gələcək naminə səsvermə hüquqlarından istifadə etməyə çağırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR