Logo

Türkiyədən ən çox mənzil alanlanların siyahısı açıqlandı - Azərbaycanlılar da aparıcı yer tutur

Türkiyədən ən çox mənzil alanlanların siyahısı açıqlandı - Azərbaycanlılar da aparıcı yer tutur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə 2019-cu ilin mənzil bazarına aid statistikanı açıqlayıb.

Sfera.az xəbər verir ki, bu barədə "HaberGlobal” Türkiyə Statistika Qurumuna (TÜİK) istinadən rəqəbləri yayıb.

Statistikada bildirilib ki, Türkiyədə ən çox mənzil alan ölkələr İraq, İran, Rusiya və Əfqanistan olub. İraq vətəndaşları qardaş ölkədən 7 596 mənzil alıb. İkinci pilləni İran, üçüncü pilləni isə Rusiya vətəndaşları tutub.

Həmçinin qeyd olunub ki, əcnəbi vətəndaşlara satılan mənzillərin miqdarı ötən illə müqayisədə, 14.7 faiz artıb. Onlar Türkiyənin ən çox İstanbul, Antalya, Ankara və Bursadan mənzil sahibi olublar.

Türkiyənin mənzil bazarına, həmçinin, Azərbaycan vətəndaşları da maraq göstərib. Azərbaycan vətəndaşları 2019-cu ildə Türkiyədən 1191 mənzil almaqla sözügedən göstəricidə 11-ci olub.

Sizə həmin statistikanı təqdim edirik:

Türkiyədən ən çox mənzil alanlanların siyahısı açıqlandı - Azərbaycanlılar da aparıcı yer tutur

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR