Ata Abdullayev parlament seçkilərinə qatıldı
Kateqoriya məlum deyil
Tanınmış videobloger Ata Abdullayev parlament seçkilərinə qatılıb.
Sfera.az-ın məlumatına görə o, namizədliyini 23 saylı Nəsimi rayon seçki dairəsindən irəli sürüb.
İmzatoplama mərhələsini başa çatdıran Ata Abdullayev artıq imza vərəqələrini DSK-ya təqdim edib.
Hələlik onun namizədliyi qeydə alınmayıb.
Xatırladaq ki, Ata Abdullayev müxalifətə qarşı sərt çıxışları ilə fərqlənir.






