Logo

Xanhüseyn Kazımlının qızı da deputat olmaq istəyir

Xanhüseyn Kazımlının qızı da deputat olmaq istəyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Beşinci çağırış Milli Məclisin yaşlı deputatlarından olan Xanhüseyn Kazımlı ilə bağlı maraqlı məlumat daxil olub.

Məlumata görə, deputat qarşıdan gələn növbədənkənar parlament seçkilərnə qatılacaq. Bu dəfə özü deyil, qızı ilə. Belə ki, o, qızının namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən fərdi namizəd kimi irəli sürüb.

Sfera.az  bildirir ki, modern.az saytı məlumatı dəqiqləşdirmək üçün Dairə Seçki Komissiyası ilə əlaqə saxlayıb.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən saytımıza bildirilib ki, Xanhüseyn Kazımlının qızı sənədlərini DSK-ya dünən təqdim edib:

"Əsli Kazımova deputatlığa namizəd olmaq üçün sənədlərini dünən təqdim edib”.

Qeyd edək ki, Xanhüseyn Kazımli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR