Logo

Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinə

Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun "Qarabağ" - "Düdelanj" qarşılaşmasına yollanacaq azarkeşlər üçün Bakı metrosu gücləndiriləcək iş rejimində çalışacaq.

Sfera.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

Bildirilir ki, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər. Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də başlayacaq.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR