Logo

Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturugecə 7-9°, gündüz9-12° isti, Bakıda gecə 7-9°, gündüz10-12°isti olacaq.Atmosfertəzyiqi758 mmcivə sütunundan768 mmcivə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Dekabrın 2-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 4-9° isti, gündüz10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR